ArxivXəbər lentiXəbərlər
Azərbaycanlı İŞİD üzvü Suriyada öldürüldü – Foto 18+

Suriyanın İdlib vilayətində “Nusra Cəbhəsi” və İŞİD terrorçuları arasında baş verən silahlı qarşıdurmada Əbu Camal Azəri kod adlı azərbaycanlı İŞİD terrorçusu öldürülüb.
“Nusra Cəbhəsi” terror təşkilatına yaxın mənbələrin verdiyi məlumata əsasən, qarşıdurma İdlib vilayətinin Salqin şəhərində yaşanıb.
Belə ki, İŞİD üzvləri “Nusra Cəbhəsi” komandirlərinə qarşı sui-qəsd həyata keçirmək istəyirmiş. Sui-qəsdin qarşısı isə silahlı qarşıdurma ilə alınıb.