İran və Azərbaycan bu ildə bir neçə yeni anlaşma imzalayacaq

İranın Azərbaycan Respublikasındakı səfiri Novosti.az xəbər agentliyi ilə müsahibədə İran və Azərbaycan Respublikası arasında yeni ildə bir neçə müqavilənin imzalanacağını bildirərək deyib: Bu müqavilələr kənd təsərrüfatı məhsulları, qarşılıqlı investisiya, turizm, nəqliyyat, yüklərin tranziti sahələrini özündə ehtiva edəcək və tərəflər onu imzalayacaqlar.
iki ölkə arasındakı müsbət əlaqələrə münasibət bildirən Möhsün Pakayin əlavə edib: Ötən ildə iki ölkə müxtəlif sahələrdə 20 sənədi imzaladı.
İran səfiri iki ölkə münasibətlərini strateji səviyyədə adlandırıb və ikitərəfli münasibətlərin genişləndirilməsi üçün iki ölkə rəhbərlərinin siyasi iradəsinə toxunaraq deyib: Təkcə 2014-cü ildə İran və Azərbaycan prezidentləri 4 dəfə görüşdülər və nazirlər və iki ölkənin digər rəsmiləri arasında 20-dən çox görüş baş tutdu. Azərbaycan Respublikası və İranda ticarət sərgiləri də keçirildi.
İki ölkənin qeyri-neft sektorundakı anlaşmalarının hazırkı həcminin 500 milyon dollardan çox olduğunu bəyan edən Möhsün Pakayin söyləyib: Həyata keçirilən proqramlara əsasən ümid olunur ki, bu rəqəmin 2015-ci ildə ikiqat artımı olacaq.
Azərbaycanlı iş adamlarının İranın azad ticarət zonalarında, o cümlədən Araz, Maku, Ənzəlidə, eləcə də Tehran və Təbriz şəhərərindəki investisiyalarına toxunan səfir bildirib: Onlar Məşhəd şəhərində də otel sektorunda investisiya qoymaq niyyətindədirlər.
“İKi ölkə ötən illərdə iqtisadi, enerji və turizm sektorlarında əməkdaşlıqların genişləndirilməsini diqqət mərkəzində saxlamışlar” -deyə İranın Azərbaycandakı səfiri söyləyib.
Pakayin Azərbaycan, İran və Türkiyə sərhəd komandanlarının gələcəkdə keçiriləcək görüşünə münasibət bildirib: Sərhədçilik səviyyəsində üç ölkənin yaxın əməkdaşlığı stabillik və təhlükəsizliyin təmin olunması istiqamətində regional əməkdaşlıqları sürətləndirəcəkdir və bu məsələ yüksək əhəmiyyət kəsb edir.
O həmçinin Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin aprel və yaxud may ayında İranın şimal şəhərlərindən birində görüşəcəklərini bildirərək deyib: 3 ölkənin iqtisadi nazirləri də yaxın gələcəkdə görüşəcəklər.
İranın Bakıdakı səfiri İranın Cənub Qaz Dəhlizi projesinə qoşulmasına dair sualın cavabında da deyib: İran qaz dəhlizləri və digər regional enerji proyektlərinə qoşulmaq niyyətindədir.
“Biz İranın milli mənafeyinə uyğun olan dəhlizi seçəcəyik” -deyən Pakayinin sözlərinə görə, hal-hazırda bu məsələ İranın diqqət mərkəzindədir.
İki ölkənin hazırda neft və qaz sektorunda yaxından əməkdaşlıq etdiklərini bəyan edən İran səfiri deyib: Gələcəkdə bu münasibətləri genişləndirmək niyyətindəyik.