ArxivFilmIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Azərbaycana səfər edib +VİDEO

Zərğami İslam ölkələrinin yüksək turizm imkanlarına toxunaraq, deyib: “Dini və ziyarət turizmi bizim ölkəmizin müqayisəli üstünlüklərindən biri sayılır və məqsədimiz İslam ölkələri arasında turizm əlaqələrini gücləndirmək və asanlaşdırmaqdır”.
O, əlavə edib: “Biz İslam ölkələri olmaqdan yararlanmalı və üzv ölkələr arasında turizm fəaliyyətini mümkün qədər artırmalıyıq”.
Zərğaminin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransı çərçivəsində İƏT-in baş katibi və bu ölkələrin bəzi turizm nazirləri ilə görüşdən əlavə, Azərbaycan Respublikasında turizm sahəsində çalışan özəl sektor fəalları ilə işgüzar görüşü də planlaşdırılıb.