İran İslam Respublikası prezidenti Azərbaycan prezidenti ilə görüşdə Tehran-Bakı əlaqələrinin möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsinə təkid edib.
İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani cümə axşamı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı sammiti kənarında Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.
H.Ruhani görüşdə iki ölkə rəsmilərinin səyi və dəstəyi ilə İran və Azərbaycan əlaqələrinin ikitərəfli, regional və beynəlxalq səviyyədə çiçəklənmənin şahidi olacağına ümidvar olduğunu bildirib.
İran prezidenti həmçinin bu görüşdə iki ölkə arasında əldə olunmuş anlaşmaların icrası istiqamətində səylərin göstərilməsinin özəl sektorların qarşılıqlı şəkildə əməkdaşlığına və yeni fəaliyyət fürsətləri yaratmalarına imkan verəcəyini bildirib.
Həsən Ruhani daha sonra regional böhranların xüsusi ilə də Qarabağ münaqişəsinin müzakirə və sülh yolu ilə həll eidlməsinə təkid edərək, əcnəbilərin bu məsələlərə müdaxiləsinin önlənilməsini vacib adlandırıb və deyib: Səylər Qarabağ məntəqəsində atəşkəsin davamlı olmasına yönəlməlidir.
İran prezidenti həmçinin deyib: Bütün region ölkələri bütün tərəflər üçün real təhlükə sayılan terrorizm, ifratçılıq və zorakılıq ilə mübarizədə ciddi addımlar atmalıdır.
Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə İran və Azərbaycan arasındakı əlaqələrin son dərəcə yaxın və dostluq əlaqələri olduğuna təkid edərək, iki ölkə arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrasına təkid edib.
İ.Əliyev həmçinin deyib: İran İslam Respublikası Azərbaycanın ən yaxın dostu və qonşu ölkəsidir və iki ölkə əlaqələri çox aydın bir perspektivə malikdir.