AktualAktualArxivIslamQadin və hicabXəbər lentiXəbərlər
Corat qəsəbəsində xanım Zəhranın (ə) mövlud məclisi keçirilib – VİDEO -FOTO

-
xanımlar xanımı, dünya və axirət qadınlarının Seyyidəsi, mübarək İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s.ə.) mövludu günü bütün dünya üzrə xüsusi təntənə ilə qeyd edilir. Bu böyük bayram münasibətilə Corat qəsəbəsində “Kərbəlayi Gülxatun” məscidinin dini icması da xanım Zəhraya (s.ə.) adına mövlüd keçirib. Məscidin rəsmisi Nahid Zülfiqarov və qəsəbənin dini ictiami xadimi Dostuxanım Zülfiqarova təşkilatçılığı ilə baş tutan tədbirdə dini, ictimai xadim və xeyli sayda dindar xanım iştirak edib. Tədbiri nitq sözüylə açan hacıxanım iştirakçı xanımları salamlayıb, onları bu gün münasibətilə təbrik edib. Daha sonra Qurani kərimin tilavəti olub. Məclisdə xanımın həyatından, fəzilətlərindən danışılıb, onun şəninə ilahilər oxunub. Məclisin sonunda viktarina keçirilib. Qaliblərə müxtəlif hədiyyələr verilib.
Ehsan süfrəsi arxasında dualar edilib.
Xatun Etibarqızı