ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan yüklərin daşınması sahəsindəki maneələrin aradan qalıdırılmasında əzmkardırlar

İranın yol və şəhərsalma naziri Abbas Axundi və Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə şənbə günü Tehranda görüşüblər. Görüşdə iki ölkə arasında yüklərin daşınması və tranzit sahəsində mövcud olan maneələrin aradan qaldırılmasına təkid edilib.

İRNA-nın məlumatına görə, Axundi bu görüşdə İranın iki ölkə arasında yüklərin daşınması və tranzitin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı olaraq taariflərin azaldılmasına hazır olduğunu deyərək, əlavə edib: İran Azərbaycan Respublikasının köməyi ilə şimal-cənub nəqliyyat marşrutunu aktivləşdirmək istəyir. Və bu sahədə Hindistan və Rusiya ilə də müzakirələr aparılıb.

İranın yol və şəhərsalma naziri əlavə edib: İran Azərbaycan respublikasından Rəşt-Astara dərmiyolunun tikinti-quraşdırma işləri üçün 500 milyon dollarlıq maliyyə vəsaitinin ayrılmasını sürətləndirməsini istəyir.

Axundi həmçinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası arasında yük maşınlarının İran ərazisindən istifadə edərək get-gəl etməsi məsələsi haqda da deyib: Bütün məsələlər İranın Yol və Şəhərsalma Nazirliyinə elan olunduğu surətdə sürətlə araşdırılır və digər məsələlərdə də İran qarşılıqlı olaraq tranzit və yüklərin daşınmasının sadələşdirilməsi üçün təklif paketlərini araşdırmağa hazırdır.

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də bu görüşdə Şimal-Cənub nəqliyyat marşrutunun daha artıq akvitləşdirilməsini və iki ölkə bankları arasında anlaşma sənədinin imzalanması prosesinin sürətləndirilməsini istəyib.

Quluzadə iri həcmdə yüklərin daşınması məsələsinin əhəmiyyətinə və gömrük problemlərinin həll edilməsinin önəminə təkid edərək, qanuni yolla məsələlərin araşdırılmasına öz hazırlığını elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button