ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın enerji sektorunda əməkdaşlıqları inkişaf edir

İran İslam Respublikası və Azərbaycan Respublikasının əməkdaşlıqları müştərək potensiallar, xüsusilə də Xəzər dənizi sahəsini nəzərə aldıqda iki ölkənin milli mənafeyinin təminatçısıdır.

İRİB-in Bakıdakı Ofisinin məlumatına görə, iki ölkənin əməkdaşlıqlar keçmişinin Azərbaycanın müstəqilliyinin ilk illəri, həmçinin 2005-ci ildə Azərbaycan qazının İran İslam Respublikası vasitəsi ilə Naxçıvana nəqli anlaşmasının imzalanmasına aid olsa da, hazırda iki tərəfin bu sektorda əməkdaşlıq münasibətlərinin genişlənməsi ilə yeni mərhələyə daxil olmuşdur.

İran İslam Respublikasının Qazan Nəzarət Mərkəzi Əməliyyat İdarəsinin direktoru Əli Şahkərəmi ötən ilin sonlarına qədər iki ölkə arasında qaz nəqlinin baş tutduğunu bildirib: Ötən ilin sonlarından İran İslam Respublikası həm Astara, həm də Naxçıvan vasitəsi ilə Azərbaycana gündəlik 6 milyon kubmetr qaz ixrac edir və texniki və struktur potensiallarını nəzərə alaraq bu miqdarı üç dəfə artırmaq mümkündür.

Azərbaycanın əsas qaz yatağı olan Şahdəniz yatağında İranın payı 10% və bu qaz yatağının inkişafının 2-ci mərhələsindəki iştirakı iki tərəfin enerji sektorunda fəaliyyətlərin gələcəyi üçün münasib perspektivi yarada bilər.

Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində enerji sektorunda İran və Azərbaycanın əməkdaşlıqlarına toxunub: Biz o zamanda İranın köməyi ilə dizel, benzin və digər məhsullar kimi neft məhsulları sektorunda ticarət əlaqələri qurduq və İran Naxçıvana qaz nəqlində bizə kömək etdi. Buna görə, Azərbaycanın İran İslam Respublikası ilə əlaqəsi enerji sektorunda özəl münasibətdir.

Ötən illərdə bu sektorda həyata keçirilən əməkdaşlıqlara toxunan nazir əlavə edib: Azərbaycan, Rusiya və İran qaz dəhlizinin yaradılmasında böyük işlər görürlər. Biz qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadədə İranla əməkdaşlığa hazırıq. İran öz təbii qazınn bir hissəsini Azərbaycanda mövcud olan strukturlar vasitəsi ilə bu ölkə ərazisindən başqa ölkələrə nəql edə bilər.

Elektrik mübadiləsi və su elektrik stansiyalarının inşası və istifadəyə verilməsi sahəsində əməkdaşlıq iki ölkənin əməkdaşlıq sahələrinə daxildir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə də hazırda iki ölkə arasında 700 kilovatt saat elektrikin mübadilə olunduğunu deyib: İran tərəfində Marazad və Azərbaycan tərəfindən Ordubad iki su elektrik stansiyasının inşası müştərək komissiyanın anlaşmalarına əsasən başlanmışdır. Ümidvarıq gələcək illərdə iki ölkə vətəndaşları onlardan faydalanacaqlar.

İran və Azərbaycanın külək və istilik elektrik stansiyalarının inşası haqda əməkdaşlıq memorandumunun imzalanması da iki ölkənin enerji sektorunda əməkdaşlıqlarının inkişafına müjdə verir. Belə ki, iki ölkənin icra etməkdə olduğu proyektlərin təkmilləşməsi ilə onların iqtisadi imkanlarından faydalana bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button