İran və Azərbaycan Respublikası informasiya texnologiyası(IT) təchizatlarının birgə istehsalına hazırlaşırlar.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov Trend xəbər agentliyi ilə müsahibədə deyib: İran və Azərbaycan Respublikası informasiya texnologiyası və kompüter təchizatları üzrə birgə istehsala hazırlaşırlar ki, bu da iki ölkənin rabitə və informasiya texnologiyası sahəsindəki həmkarlığının əsas mehvərlərindən biridir. Onun sözlərinə görə, iki ölkənin birgə istehsal perspektivi Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də həyata keçəcək İran səfəri zamanı araşdırılacaq.
O, əlavə edib: Bu görüş zamanı televiziya və radio yayımı və süni peyk rabitəsi sahələrində də müzakirələr ediləcək.
O, qeyd edib ki, Azərkosmos şirkətinin başçılıarı da iranlı tərəflə İranın radio və televiziya kanallarının Azərspase-1 peykinin imkanlarından istifadəsi haqda müzakirələr aparacaqlar.