ArxivXəbər lentiXəbərlər

İran və Naxçıvan fövqəladə hallar üzrə əməkdaşlıq edirlər

İran və Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar və böhranlı zamanlar üzrə əməkdaşlıqlarının perspektivi araşdırılıb.

qafqaz.ir/irna-nın məlumatına görə, İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım çərşənbə axşamı günü Naxçıvanın Fövqəladə Hallar Mərkəzinin rəhbəri Şami Abdullayevlə görüşdə İran və Azərbaycan Respubliaksı arasında fövqəladə hallar üzrə əməkdaşlıq barsədində imzalanan memorantuma toxunaraq deyib: İran böhranlı hallarda Naxçıvana kömək etməyə hazırdır.

Görüşdə Şami Abdullayev də İrana səfəri və İran və Azərbaycan Respublikası arasında fövqəladə hallar üzrə imzalanan əməkdaşlıq sənədlərinə toxunub və deyib: İran və Naxçıvan Muxtar Respublikasının bir-birinə yaxınlığına və bir coğrafi bölgədə yerləşdiyinə görə, fövqəladə hallar baş verdiyi zaman iki tərəf təsir altında qalacaqlar və bu məsələ insani məsələlərdən əlavə əməkdaşlığı da zəruri etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button