İran və Qətər aviasiya sənayesində əməkdaşlığı inkişaf etdirəcək
İran və Qətər aviasiya sektorunda ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Qətər dövlətinin nəqliyyat və rabitə naziri bir heyətin başında İranın cənubundakı Kiş adasına səfər edib.
İran İslam Respublikası və Qətərin yüksək səviyyəli rəsmiləri bazar ertəsi aviasiya sahəsində ikitərəfli əməliyyat sazışı imzalayıblar.
Qətərin nəqliyyat və rabitə naziri Casim Bin Seyf Əl-Sulaiti və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Qətər və İran arasında uçuşların sayının artırılması haqqında da saziş imzalanıb.
Tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra görüşlər də keçirilib.
Görüşlər zamanı hər iki tərəf gəmiçilik və liman idarəçiliyi sahələrində əməkdaşlığın gücləndirilməsi və limanlar arasında nəqliyyat və ticarətin gücləndirilməsinə və asanlaşdırılmasına dəstək, həmçinin özəl sektorun investisiya imkanlarının araşdırılması ilə bağlı bütün məsələləri müzakirə ediblər.