İran İslam Respublikasından gəlmiş bir qrup həkim və mütəxəssisin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında elmi-praktiki seminar keçirilib
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bu seminarın İran və Naxçıvan arasındakı tibb əməkdaşlıqları çərçivəsində baş tutub. Bu məlumata görə, Naxçıvan Muxtar Respublikasından olan tibbi heyətin İran İslam Respublikasının səhiyyə mərkəzlərinə baxış keçirməsinin ardınca Urmiyənin Azərbaycan Xəstəxanasının 8 tanınmış həkim və mütəxəssisinin iştirakı ilə Naxçıvanda elmi-praiktiki seminar keçirilib. Seminarda iştirak edən İran heyətinə Urmiyənin Azərbaycan Xəstəxanasının rəisi Dr.Fəllahi rəhbərlik edib. Məlumata görə, seminara qatılan iranlı həkimlər əsasən beyin və sinir sistemi, böyrək, qadın, ürək və damar, qulaq, burun və boğaz, çənə və üz habelə, anesteziya sahələri üzrə mütəxəssislər olublar.
İranın Naxçıvandakı baş konsulu həmçinin deyib: Bu seminar Naxçıvanın Mərkəzi Xəstəxanasının baş iclas zalında keçirilib. Seminar Naxçıvanın səhiyyə naziri Niyazi Novruzovun çıxışı ilə işə başlayıb. Seminarın davamında həkim və mütəxəssislər ən son nailiyyətlərini şərh edərək, təcrübələrini bölüşüblər.
Hal hazırda İran və Naxçıvan Muxtar Respublikası arasında tibb sahəsi üzrə çox yaxşı əməkdaşlıqlar mövcuddur və Naxçıvanın dərman preparatlarına olan ehtiyaclarının təqribən 70%-i İran şirkətləri tərəfindən təmin edilir.