İran və Türkiyə prezidentlərinin hüzurunda Tehranla Ankara arasında memorandum və əməkdaşlıq sənədləri imzalanıb.
Qafqaz.ir-nin məlumatına əsasən, Tranzit nəqliyyatının genişləndirilməsi, elmi, mədəni, idman, energetika, kənd təsərrüfatı, ticari-iqtisadi mübadilələr sahələri üzrə əməkdaşlıq sənədləri iki ölkənin yüksək səviyyəli heyətləri tərəfindən imzalanıb.
Sənədlərin imzalanması mərasimindən öncə iki ölkənin prezidentləri bağlı qapılar arxasında sıx ikitərəfli müzakirələr aparıblar.