ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İran XİN: “Bəhreyn İsrailin cinayətlərinə şərikdir”

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyi Bəhreyn rejiminin İsrail rejimi ilə normallaşma qərarını qınayıb.

Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda aşağıdakı ifadələr yer alıb: “Şübhəsiz ki, dünyadakı günahsız Fələstin xalqı və azadlıqsevər müsəlmanlar İsrail ilə münasibətlərin normallaşmasını heç vaxt qəbul etməyəcək və bu biabırçı hərəkət əbədi olaraq yaddaşlara həkk olunacaq. Bəhreyn rejimi xalqından legitimlik qazanmaq əvəzinə, təəssüf ki, onlardan üz çevirdi və ABŞ seçkiləri üçün Fələstin mübarizəsini qurban verərək, biabırçı bir hərəkətlə sionist rejimə sığındı.

Bundan sonra Bəhreyn rəhbərləri bölgədə və İslam dünyasında zorakılıq, qətl, müharibə və sui-qəsd fəaliyyətləri ilə qan tökülməsinin qaynağı olan və hər zaman təhlükəsizliyi təhdid edən sionist rejimin ortaqları olacaqlar.

Əlbətdə ki, Bəhreyn rejiminin bu hərəkəti Fələstin xalqının, müsəlmanların və dünyanın azad millətlərinin qəzəb və nifrətini artıracaq”. Bəyanatda İsrail rejimi bölgədə hər hansı bir təhlükə yaradacağı təqdirdə Bəhreyn rejiminin bunun nəticələrindən məsuliyyət daşıdığı barədə də xəbərdarlıq edilib.

Fələstin rəhbərliyi Bəhreyndəki səfirini çağıraraq Bəhreyn hökumətinin bu hərəkətini “Qüdsə və Fələstin işinə xəyanət” adlandırdı.

Qəzza zolağına nəzarət edən Həmas İslam Hərəkatı bu anlaşmanı fəlakət, İslami Cihad qrupu isə rüsvayçılıq adlandırdı.

Ancaq Türkiyə bunu şiddətlə qınadı. Səudiyyə Ərəbistanı hələ şərh verməyib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button