ArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır

İran İslam Respublikası Ermənistan hərbçilərinin işğal olunmuş şəhərlərdən çıxmasını təkid edir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.
S.Xətibzadənin sözlərinə görə, İran bir daha qeyd edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
İran rəsmisi bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyir:
“İran eyni zamanda mülki şəxslərə hücum etməmək prinsipinə riayət olunmasına çağırır”.