ArxivXəbər lentiXəbərlər

22 bəhmən yürüşü Azərbaycan mediasında işıqlandırılıb

Youmullah 22 bəhmən yürüşləri Azərbaycan Respublikası mediasında geniş şəkildə işıqlandırılıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycanın mötəbər kütləvi informasiya agentliklərindən olan APA İran İslam Respublikasında islam inqilabının qələbəsinin ildönümü günü olan 22 bəhməndə xalqın geniş şəkildə yürüşlərdə iştirakını, “Amerikaya ölüm”,”İsrailə ölüm” və “Nə Şərq – Nə Qərb, sadəcə İslam Respublikası” şuarları səsləndirməsinə toxunaraq bildirib ki, nümayişçilər üzərində Trampın müsəlmanlar və iranlılara qarşı siyasətlərini pisləyən şuarlar yazılmış plakatlar daşıyıblar.

APA öz məlumatında “Amerika İran xalqının hüquqlarını pozur” başlıqlı məlumatında İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə istinadla yazır: “İslam İnqilabı İran tarixində önəmli dönüş nöqtəsidir: İslam İnqilabı İranı əcnəbilərə və Amerikaya bağlılıqdan qurtardı, xalqın taleyi öz əlinə keçdi”.

Azərbaycan Respublikasının Trend xəbər agentliyi də İran prezidentinin Tehranda yürüş iştirakçıları qarşısında etdiyi çıxışından “İran xalqının yürüşü Ağ Evə mesajdır” sözünü seçib və məlumatda İran prezidentinin dilindən yazır ki, İran xalqının 22 bəhmən yürüşü Ağ Ev başçılarına bizim İmam Xomeyninin(r.ə) yolundan heç cür dönməyəcəyimizi göstərdi.

Xəzər Tv-nin portalı da İran xalqının inqilab yürüşləri barədə məlumat dərc edərək İran prezidentinin yürüş iştirakçıları qarşısındakı çıxışından ” İrana hədə-qorxu gələnlər peşman olacaqlar” sözünü seçib.

İslaminsesi internet portalı da ” İranlılar İnqilabın ildönümündə Trampın cavabını belə verdilər” başlıqlı məlumatda xalq yürüşlərindən fotolar təqdim edib, həmin fotolarda Trampın müqəvvası boğazından asılıb.

Bu internet portalı 22 bəhmən yürüşlərində xalqın geniş iştirakına da toxunub.

Faktxəbər internet portalı isə ” Ruhani: İranı təhdid edənlər, peşman olacaq” başlığı altında dərc etdiyi məlumatda İran prezidentinin yürüşdəki çıxışını yazıb.

Maide.az portalı isə İranın müxtəlif şəhərlərində və 4 min kəndində xalqın 22 bəhmən İslam İnqilabının qələbəsinin ildönümü günü nümayişlərində geniş iştirakını əks etdirərək bu barədə fotoları təqdim edib.

İslamazeri.az saytı da İran xalqının 22 bəhmən yürüşlərində geniş iştirakına toxunaraq ölkənin yüksək səviyyəli siyasi və hərbçi simalarının bu yürüşlərdə iştirakını da xatırladıb, bunun xalq və rəhbərlik arasındakı vəhdət nişanəsi olduğunu bildirib.

Abna24.com portalında isə, 22 bəhmən ümüm ölkə yürüşünün yekun bəyanatı və prezident ruhaninin çıxışından bəzi hissələri eləcə də yürüşlərdən video təqdim olunub.

deyerler.org portalı isə İran xalqının islam inqilabının qələbəsinin ildönümü günü yürüşlərində geniş iştirakına toxunaraq yürüşdən fotolar eləcə də İran prezidentinin çıxışından bəzi hissələri əks etdirib.

İnter.az internet televiziyası və xəbər portalı da İran xalqının 22 bəhmən yürüşü barədə məlumat verərək islam inqilabının formalaşması , qələbəsi və onun nailiyyətlərində ibarət bir təhlil təqdim edib islami İranın gücü və iqtidarını şərh edib.

Qafqaz.ir/az/ saytı da İran xalqının islam inqilabının qələbəsinin ildönümü yürüşündəki möhtəşəm iştirakından fotolar dərc edərək İran prezidentinin mərasimdəki çıxışını əks etdirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button