ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran XİN: “Rusiya ilə 20 illik əməkdaşlıqla bağlı müqavilə tezliklə hazır olacaq”

“İranla Rusiya arasında qarşıdakı 20 il müddətində əhatəli əməkdaşlığa dair sənəd üzərində iş yaxın zamanlarda başa çatacaq”.
Giperssilka.ru “Report”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 11-də keçirdiyi brifinqdə deyib:
“Biz Xarici İşlər Nazirliyində yeni proqram yaratmışıq. Qonşu dövlətlərlə qarşıdakı 20 ili əhatə edəcək “yol xəritəsi” hazırlamışıq. Rusiya ilə bu proses artıq başa çatıb”.