qafqaz.ir FaktXəbər-in verdiyi məlumata görə, İranın İnqilab Keşikçilər Korpusuna bağlı “Qüds” elit briqadasının komandanı general Qasim Süleymani İŞİD kabusunun 2 ay ərzində sona çatacağını açıqlayıb. İranlı general Gilan şəhərində keçirilən mərasimdə iştirak zamanı terror şəbəkəsinin tezliklə Yaxın Şərqdə öz mövcudluğunu itirəcəyini elan edib.
Bu arada Rusiyanın Müdafiə Nazirliyi bəyənatla çıxış edib ki, Suriyanın 87,4 faizi İŞİD-dən təmizlənib.