ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb

İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb.

Qafqaz.ir-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının beynəlxalq əməkdaşlıqlar idarəsinin baş direktoru Hüseyn Kaxəki deyib. Onun sözlərinə görə, bununla əlaqədar Tehranda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında razılaşma əldə olunub.

Kaxəki əlavə edib ki, bundan öncə koronavirus pandemiyası ilə əlaqədar məhsullar gömrükdə İranın yük maşınlarından boşaldılaraq Azərbaycanın yük maşınlarına yüklənirdi. Bu isə Astara gömrüyündə sıxlığın yaranması və yük maşınlarının ləngiməsi ilə nəticələnirdi.

Qeyd edək ki, 18 yanvarda İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button