İranda əsas xəbərlər
HAARETS: İranın yeni diplomatiyası Netanyahonu çətinliyə salıb
Sionist bir qəzet İranın yeni ümumi diplomatiyasının Sionist İsrail rejimin baş naziri üçün çətinliklər yaratdığını bildirib.
Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Sionist Haarets qəzeti İranın yeni hökumətinin siyasətlərini Sionist İsrail rejimin baş naziri Benyamin Netanyaho üçün çətin məsələ olduğunu bildırıb.
Haarets yazıb: İranın yeni prezidenti Həsən Ruhani oz ictimai diplomatiyasına amerikalıların könlü və ağıllarına hücumla başlayaraq, Netanyahu və digər İsrail siyasətçilərilərini misil görünməmiş və yeni məsələlərlə qarşı-qarşıya qoyub.
Sionist qəzət İranın CNN Telekanalı ilə müsahibəsini və həmçinin Vaşinqton Post qəzetində İran prezidentinin məqaləsinin dərc edilməsini Ruhaninin İranın xeyirxahlıq niyyətli olduğu və ölkənin nüvə proqramının təhlükəsizlik xarakteri daşıdığı barədə ABŞ-ı əmin etmək üçün digər bir addım hesab edir.
Bu sionist qəzet hazırkı olayları bəzi müşahidəçilərin ortaya çıxardıqları nigarançılıqlarının təsdiqlənməsi kimi dəyərləndiriblər. Onlar İran prezident seçkilərində Həsən Ruhaninin qələbə çalmasını İsrailin mənafeyi ilə ziddiyyətdə olduğunu deyib.
“Hər bir hədəni yerindəcə susdurarıq”
İran İslam Respublikası Ordusu təkidlə bildirib ki, digər silahlı qüvvələrlə yanaşı yüksək hazırlıq vəziyyətində olaraq hər bir hədə ilə hərtərəfli şəkildə qarşılaşmaq iqtidarındadır.
İran İslam Respublikası Ordusu Müqəddəs Müdafiə həftəsi münasibəti ilə bir bəyanat yayaraq, bildirib ki, Müqəddəs Müdafiə həftəsi, əslində aşiqcəsinə inqilab ammaları yolunda canını fədaa edən şəhidlərin mədəniyyət və mənəvi xəzinələrindən və potensiallarından faydalanmaq, həmçinin müharibə veteranlarının igitlikləri və fəkarlarlıqlarından istifadə üçün önəmli bir fürsət sayılır. Onlar iman silahından faydalanmaqla supergüclərin məğlubedilməz illuziyasını həmişəlik olaraq məhv etdilər.
Bu bəyanatda İraqın Bəs rejiminin müstəmləkəçi qüvvələr tərəfindən təxribatçı və kütləvi qırğın silahlarla silahlandırılmasına toxunularaq deyilir, Səddamın ötən günkü himayədarları, bu gün regionda müharibə törətməkklə, günahsız xalqı qırğın etməklə özlərinin keçmiş səhvlərini təkrarlamaq niyyətindədirlər. Onlar bundan qafildirlər ki, xalqların qırılmaz iradələri regionun vəziyyətinin təyin edilməsi üçün mühüm amil və böhrandan ötmək üçün yeganə çıxış yolu sayılır və məntəqədə hər bir xarici müdaxilə, sözsüz ki, məğlubiyytə uğrayacaq.
21 sentyabr İraqın Bəs rejiminin İran İslam Respublikası əleyhinə qəbul etdirilmiş müharibənin ildünümü və Müqəddəs Müdafiə həftəsinin başlanğıcı sayılır və hər il bu gün münasibəti ilə İranın müdafiəçilərinin igidliyi və comərdliyini qeyd etmək üçün müxtəlif mədəni və incə-sənət tədbirləri həyata keçirilir.
Vaşinqton Post qəzeti İran prezidentinin məqaləsini çap edib
” İran beynəlxalq arenada konstruktiv əməkdaşlığı qarşıya məqsəd qoyub” bu fikri İİR-nın prezidenti Həsən Ruhani səsləndirib.
İİR dövlətinin beynəlxalq arenada konstruktiv əməkdaşlığın aparılması ilə bağlı Həsən Ruhaninin siyasi proqramı bir məqalə fonunda Amerikada çıxan Vaşinqton Post qəzetində çap edilib.
Cümə günü səhər çağı ( 20 sentyabr) sözügedən qəzetdə çap olunan bu məqalədə qeyd olunub: İranlılar daxili və beynəlxalq məsələlərlə bağlı onun siyasəti ilə barışıblar və dövlət kabinetinin üzvləri xalqa etdiyi vədləri o cümlədən , dünya xalqları ilə aparıcı və konstruktiv əməkdaşlıq üzrə öhdəliklərini yerinə yetirməyə vəzifəlidirlər.
Ruhaninin sözlərinə görə, “beynəlxalq siyasət artıq uduş ya uduzmaq oyunu deyil, əksinə çox sahəli bir meydandır ki , daha çox rəqabət və əməkdaşlıq la eyni zamanda baş verir ” intiqam alma va
Qanlılıq dövrü keçib və arxada qalib və dünya dövlət başçılarının təhdidləri fürsətlərə çevirməkdə öncül olmaları gözlənilir .
Prezident Ruhani xatırladıb: Beynəlxalq təşkilatlar dünyada müxtəlif böhranlarla o cümlədən , terrorizm , ifratçılıq , narkotik maddələr qaçaqmalçılığı xarici militaristlik , kompüter cinayətlər və mədəni təcavüz problemləri ilə üz-üzədir və bütün bunlar elə bir çərçivədə baş verib ki, artıq zorakılıq və quldurluq üzərində təkid edər.
İranda hərbi parad keçiriləcək
İranda “Müqəddəs müdafiə” həftəsi münasibətilə bazaar günü hərbi parad keçiriləcək. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin rəhbəri Ramazan Şərif deyib.
Onun sözlərinə görə, hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, “Sepah” korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək.
Şərif deyib ki, paradın keçirilməsindən məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir. “Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunacaq”, -deyə Şərif bildirib.
Məlumata əsasən, Parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyəcəklər.
Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunacaq. Hər il İraqın İrana hücum etdiyi gün İranda “Müqəddəs müdafiə” həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir. İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.