Fevralın 1-də Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin məhkəməsi keçiriləcək.
Qafqaz.ir Maide.Az istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
C.Cavadov bildirib ki, məhkəmə Faiq Qəniyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində saat 16:00-da baş tutacaq.
Qeyd edək ki, bundan öncə ruhani Hacı İlham Əliyevin işi üzrə yanvarın 25-də keçirilməli olan məhkəmə təxirə salınmışdı.