ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İranda İmamzadəyə hücum edilən şəhərin izdihamlı prospektində bomba zərərsizləşdirilib

İranın Fars əyalətinin inzibatı mərkəzi Şiraz şəhərində izdihamlı prospektlərin birində terror aktının qarşısı alınıb.
bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, Şirazın izdihamlı Məaliabad prospektində insanların çox get-gəl etdiyi yerdə bomba zamanında aşkarlanaraq zərərsizləşdirilib.
Əlavə edilib ki, bombanın yerləşdirən və özünü səfil kimi aparan şəxs də təhlükəsizlik və kəşfiyyat qurumlarının ayıqlığı nəticəsində ələ keçib.
Qeyd edilir ki, terror aktına cəhd Şirazda İmamzadəyə hücumdan bir neçə saat sonra baş verib ki, zamanında qarşısı alınıb.