ArxivXəbər lentiXəbərlər
İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda seçki məntəqələri açılacaq Böyüt

Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq.
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məntəqələr səhər saat 8.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.
Məlumatda bildirilir ki, hazırda Bakıda mindən çox İran vətəndaşı yaşayır.
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıya 300-dən çox iranlı idmançı, həmçinin çoxsaylı turistlərin gəlməsi gözlənilir. Onlar da seçki günü səs verə biləcəklər.