ArxivXəbər lentiXəbərlər

İrandan müharibə etmək istəyən şahzadə Salmana cavab

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Səudiyyə rejiminin vəliəhdinin İranı müharibə ilə hədələməsinə belə reaksiya verib: “Xəyalları həqiqətlə qarışdıran və müharibə xülyaları quran bu təcrübəsiz yeniyetmə ya müharibənin nə olduğunu bilmir, ya da bir böyüklə məsləhətləşməyib”.

Qafqaz.ir- B.Qasımi açıqlamasının davamında belə deyib: “Ən yaxşısı Səudiyyənin təcrübəsi olan şəxsləri ondan da böyük olanlar, ərəb dünyasının liderliyi iddiasında olub özlərini Qadisiyyə fatehi adlandıran və Qərb ilə Şərq dünyasının dəstəyini alanların İran xalqının iradəsi qarşısında nə vəziyyətə düşdüklərini ona xatırlatsınlar”.

İranın tanınmış şairi Səədi Şirazinin “Bir şahinlə döyüşmək istəyən milçək öz sonunu istəməkdədir” şeirini xatırladaraq, Səudiyyə rejiminin farsca tərcüməçilərindən diqqətli bir şəkildə bu şeiri ona tərcümə etmələrini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button