ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İrandan Türkiyəyə yanğınsöndürmə dəstəyi davam edir

“Sepahnews” saytında gedən məlumata görə, bu gündən (2 avqust) etibarən İran Silahlı Qüvvələrinə məxsus iki helikopter Türkiyədəki yanğın söndürmə əməliyyatına qatılacaq.

Qafqaz.ir  verir ki, xəbərə əsasən, 31 iyuldan etibarən İLLUSION-76 tipli yanğınsöndürmə təyyarəsi alovun tüğyan etdiyi bölgələrə 10-dan çox uçuş edib.

İran Silahlı Qüvvələri Türkiyəyə İLLUSION-76 tipli yanğınsöndürmə təyyarəsi və 2 ədəd Mi-17 tipli helikopter göndərmişdi.

İran Müdafiə Nazirliyinin Yanğınla Mübarizə Mərkəzinin pilotu Məhəmməd Nuri Əli Ağa, bazar günü (1 avqust) axşam Muğlaya gələn İran komandasının 40 ton su tutumlu yanğınsöndürmə vasitəsi ilə işə başladığını söyləmişdi.

İranın İnqilab Keşikçiləri Ordusu bu gün yanğın söndürmə əməliyyatından ilk görüntüləri paylaşıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button