ArxivXəbər lentiXəbərlər
İranı hədələməyin faydası var?

ABŞ müdafiə nazirliyinin sabiq rəsmisi Maykl Makovski (Michael Makovsky) yeni prezident Trampa tövsiyə verib ki, İrana sanksiyalar tətbiq etmək əvəzinə bu ölkəni hərbi müdaxilə ilə qorxutmaq lazımdır. Makovski prezident Obamanın dövründə İranın hərbi baxımdan təhdid edilməməsindən dolayı hakimiyyəti tənqid edənlərdəndir. O, sadəcə unudur ki, bu hədə-qorxular 40 ilə yaxındır səmərə vermir.