İranın 11 universiteti və elmi araşdırma mərkəzi dünyanın ən yaxışları arasında

İslam Dünyası Elmlər Bazası İSC-nin rəhbəri deyib: İranın 11 universiteti və elmi araşdırmalar mərkəzi dünyanın ən yaxşıları sırasında yer alıb.
İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Dehqani deyib: İSİ elmi bazasının dünyanın ən yaxşı universitetləri və elmi mərkəzləri ilə bağlı əsas göstəricilərinin analiz edilməsi nəticəsində aydın olub ki, İranın 24 universiteti və elmi mərkəzi dünyanın 1% ən yaxşı universitetləri və elmi mərkəzləri arasında yer alır.
Dehqani əlavə edib: İran universitetlərindən 11-i o cümlədən Tehran Universiteti, Tərbiyət Müdərris Universiteti, Şiraz Universiteti, Kaşan Universiteti və Məşhədin Firdovsi Universiteti dünyanın ən yaxşı 1% universitetləri sırasındadır.
Bu siyahı hər 2 ayda bir yenilənir.