ArxivXəbər lentiXəbərlər

İranın 13 universitetinin adı dünyanın ən üstün universitetləri arasında yer alıb

İran İslam Respublikasının elm, təhqiqat və texnologiya nazirinin müavini İranın 13 universitetinin adının dünyanın ən üstün universitetləri arasında yer almasından xəbər verib.

Hüseyn Salaramoli deyib: Tomson Royters müsəssisəsinin 2017-ci il üçün reytinq cədvəlində İrandan 13 universitetin adı dünyanın ən yaxşı universitetləri siyahısına daxil edilib. Bu isə İranın beynəlxalq arenadakı iştirak potensialının göstəricisidir.

Salaramoli əlavə edib: Hal hazırda İran Cənubi Koreya və Hollandiya ilə birgə təlim kursları təşkil edir və bu təlim kurslarında iştirak edən tələbələrə sonda birgə sertifikatlar təqdim ediləcək.

İranın elm, təhqiqat və texnologiya nazirinin müavini həmçinin, xarici tələbələrin cəlb edilməsi üçün sərmayə qoyuluşuna təkid edib və deyib: Hal hazırda 22777 xarici tələbə İranda dövlət universitetlərində təhsil almaqla məşğuldur.

İranın elm, təhqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi də bir müddət öncə bildirmişdi ki, İran dünyada elmi baxımdan 16-cı yerdə durur. Regionda və İslam Dünyasında isə İran elmi baxımdan birinci yerdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button