ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Astara gömrük məntəqəsindən ixracın həcmi artıb

İranın Astara şəhərindəki gömrük-keçid məntəqəsindən hər gün orta hesabla 268 yük maşını Azərbaycan Respublikasına keçir.

bu barədə İranın Astara Gömrük İdarəsinin yük terminalının rəisi Mənsur Babayi deyib. O bildirib ki, Astara gömrük-keçid məntəqəsindən yükdaşımaların həcmi 18 faiz artıb. Yüklər Azərbaycan Respublikasına və digər MDB dövlətlərinə ixrac olunur. Azərbaycandan tranzit olaraq yüklər Rusiyaya da daşınır. Daşınan yüklər arasında mövsümi meyvə-tərəvəz üstünlük təşkil edir.

Qeyd etmək lazımdır ki, Astara çay üzərində yeni körpünün tikintisi başa çatdıqdan sonra gömrük məntəqəsindən daha çox yükün daşınması təmin ediləcək.

Bundan başqa, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi də hazır olduqdan sonra İranın bütün bölgələrindən ixrac olunan yüklər Astara gömrük-keçid məntəqəsi vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq daşınacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button