İran İslam Respublikasının Bakıdakı səfiri və bu ölkədəki digər qurumlarının rəsmiləri Azərbaycan Respublikası şəhidlərinin xatirəsini əziz tutublar
Qafqaz.ir xəbər verir, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi və bu ölkədəki digər qurumlarının rəsmilərindən bir qrupu Azərbaycan Respublikasının bayraq günü münasibətilə Şəhidlər Xiyabanında olaraq, iki ölkənin bayrağına hörmət ifadə edərək, şəhidlərin məzarı önunə gül dəstələri qoyub, onların xatirəsini əziz tutublar.
Musəvi, həmçinin bu mərasim çərçivəsində Qarabağın son müharibəsinin əlillərindən biri ilə təsadüfən görüşüb və ona təcili şəfa diləyib.