
Ərdəbil Şəhər Şurasının üzvü işğal edilmiş Qarabağ bölgəsinin azad edilməsinin müsəlmanlar üçün mübarək müjdə olduğunu deyib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Əlirza Pusti Ərdəbil Şəhər Şurasının 19 noyabrda keçirilən rəsmi iclasında Bəsic Həftəsini və Azərbaycanın Qarabağ bölgəsini işğaldan azad etməsini uca tutaraq deyib: “Biz işğal edilmiş Qarabağ bölgəsinin müsəlman torpağına qayıtması, bölgədə müharibənin dayanması və atəşkəs yaranmasına görə sevinirik.”