Xəbərlər

İranın Azərbaycandakı səfiri Suriya məsələsi haqda danışıb – Münasibət

Möhsün Pakayin: “BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya hərbi müdaxilənin nəticələrinə görə məsuliyyət hissi daşımalıdırlar”

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin avqustun 26-da Suriya ətrafında artan siyasi gərginliyə, müdaxilə çağırışlarına münasibət bildirib. səfirlikdən verilən məlumatda bildirilir ki, jurnalistlərə verdiyi müsahibəsində səfir deyib ki, dünyanın təhlükəsizliyi üçün birləşən dövlətlər, xüsusilə Təhlükəsizlik Şurasının üzvləri Suriyaya hərbi müdaxilənin nəticələrinə görə məsuliyyət hissi daşımalıdırlar. İRNA-nın Bakıdan verdiyi məlumata görə Möhsün Pakayin bir neçə dövlətin özünü beynəlxalq aləm adlandırıb TŞ tərəfindən qərar qəbul etməyindən təəssüfləndiyini bildirib: “Suriyaya hərbi müdaxilə üçün hazırlıq görülməsi barədə danışmaq beynəlxalq qaydalara və dünya birliyinin dünyada sülh və təhlükəsizliyin qorunması öhdəliyinə ziddir”. Səfir nüvə silahı ilə mübarizə adı altında yalançı bəhanə ilə İraqa və həmçinin terrorizmlə mübarizə bəhanəsiylə Əfqanıstana hərbi müdaxiləni yada salıb: “İşğalçı dövlətlərin müdaxiləsi İraqda və Əfqanıstanda xaos və hərcmərclik yaratdığı kimi Suriyaya hərbi müdaxilə də dünyanın başqa bir regionunu təhlükəsiz və dünya sülhünü təhdid edəcək”. İranın Azərbaycan Respublikasındakı səfiri Suriya probleminin yalnız danışıqlar yolu və xarici amillərin müdaxiləsi olmadan həll olunmasını mümkün hesab edib. Səfir bildirib ki, dünya ölkələri və beynəlxalq təşkilatlar Suriyaya hərbi müdaxiləyə mane olmalı və imkan verməməlidirlər ki, qərb ölkələri öz keçmiş səhvlərini təkrarlamaqla dünyanı təhlükəyə salsınlar. O, qanuni hakimiyyətlərin təzyiq yolu ilə dəyişdirilməsi dövrünün sona çatdığını, gücdən istifadə və hərbi müdaxilə BMT müqavilələrinin açıq-aşkar pozulması hesab olunduğunu qeyd edib. Pakayin vurğulayıb ki, Suriya xalqı xarici amillərin müdaxiləsi olmadan öz taleyi barədə qərar qəbul etməli və dünya ölkələri, xüsusilə TŞ-nın üzvləri müharibənin qarşısını almaq üçün öz vəzifələrini yerinə yetirməlidirlər.

“Yeni Şərq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button