Xəbərlər

İranın Azərbaycandakı səfirliyinin bəyanatı yayılıb

İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxs Əhməd Əhmədzadə 19 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbilə saxlanılıb. Ə. Əhmədzadə xidməti pasporta malik olub və beynəlxalq konfensiyalara görə miqrasiya xidmətinin xidməti pasportların qeydiyyatı işinə müdaxiləsi qeyri-qanunidir və bu işə yalnız Xarici İşlər Nazirliyi müdaxilə edə bilər. SİA-nın məlumatına görə, bu İran islam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Muhəmməd Ayətullahinin adından yayılan bəyanatda deyilir.
Bəyanatda deyilir ki, bu hadisədən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində və bu nazirliyin səylərindən sonra Ə. Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib. Ə.Əhmədzadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən 21 noyabr tarixində Bakıdan Tehrana qayıdıb.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin qeyri-qanuni müdaxiləsi və rəftarı barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub və məsələ araşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button