İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi Şuşa şəhərinin azad edilməsi münasibətilə dost və qardaş Azərbaycan Respublikası dövləti və xalqını səmimi qəlbdən təbrik edir.
Şuşa Azərbaycanın gözəlliklərinin üzük qaşı və özünə məxsus tarixi əsərlər, məscidlər və memarlıq incilərinə malikdir. Bütün bunlar Azərbaycan və onun müsəlman xalqının mədəniyyət və dini kimliyini qorumaq üçün çox əhəmiyyətlidir.
Bu işğaldan azad olma Azərbaycan xalqı, məntəqə müsəlmanları və bütün azadlıq sevənlər üçün xüsusi şadlıq yaratmış və bizim hamımız üçün şadlıq gətirmişdir. Bu gün Azərbaycanın mədəniyyət və musiqi beşiyi olan gözəl Şuşa şəhərini işğaldan azad edilmişdir.
Bir daha bütün qardaş Azərbaycan xalqını təbrik edir, bu döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Q.Əli. Purmərcan
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin sədri