ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycani unutması İsrailin fürsətdən istifadə etməsinə yol açır

İrana Azərbaycandan yaxın ölkə yoxdur – Sabiq səfir

İranın Azərbaycandakı sabiq səfiri Məhəmmədbaqir Bəhrami İİR- nın diplomatiyası mövzusunda təşkil edilən və xarici siyasət xətləri barədə araşdırmalar aparan konfransda çıxış edərək Qafqaz bölgəsi ilə bağlı vacib məqamlara toxundu. O dedi: Cəbubi Qafqaz bölgəsi olduqca həssas və əhəmiyyətli bir regiondur. Bu region sabiq Sovetlər İttifaqının ərazi bütövlüyü və regional düzümündə olduca təsirə malik olan bir bölgə idi. Onun üçün müəyyən hədəf təyin və icra edilmişdi. Hal- hazırda burada yerləşən hər bir respublika qlobal inkişaf, hərbi və iqtisadi formalar əldə ediblər. Azəraycan respublikası bu düzümdə təhlükəsizlik həlqəsi sayılır.

O sözünün davamında dedi: Dünya dövlətlərinin heç birinin arasında – Afrika ölkləri ilə Afrika ölkələir, latın Amerikası ilə latın Amerikası ölkələri arasında münasibətlərin heç biri İranla Azərbycan respublikası arasındakı əlaqələr qədər ortaq müstəviyə malik deyillər. Sivilizasiya və mədəniyyət baxımından da bu iki dövlət daha çox bağlılığa malikdirlər.

İranın Azərbaycandakı sabiq səfiri Məhəmmədbaqir Bəhrami daha sonra qeyd etdi: İran Türkiyə və Fransadan sonar Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini rəsmən tanıyan üçüncü dövət oldu.

Sabiq səfir vurğuladı: Azərbaycan tərəfinin imkanlarından qafil olmaq və onları bir kənara qoymaq bais olur ki, iqtisadi və mədəni sahədə fürsətlər biganə ölkələrin əlnə keçsin və İsrail kimi rejimlər onu ələ keçirsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button