Xəbərlər

İranın Bakıdakı səfiri 20 yanvar hadisəsi ilə əlaqədar bəyanat verib

İran İslam Respublikasının Bakıdakı səfiri 1990-cı il 20 yanvar hadisəsini pisləyərək deyib: İran İslam Respublikasına görə, günahsız əhalinin qırğın edilməsi, mülki əhaliyə qarşı hücumlar qınanmalıdır və beynəlxalq qanunlarda mülkilərin qırğınını pisləyir.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Möhsün Pakain deyib: İran xalqı ağır günlərdə Azərbaycan Respublikası xalqının kənarında olub və onun şad və qəmli günlərini bölüşüb.
Pakain deyib: bizin din qardaşlarımız olan kədərli 20 yanvar hadisəsində şəhid edilənlərin xatirəsini anırıq və ümid edirik ki, dost və qardaş Azərbaycan Respublikası daim sülh, dostluq və sabitlik içində olacaqdır.
İranın Azərbaycan Respublikasındakı səfiri 20 yanvar hadisəsinin hər il Azərbaycanın şərəfli xalqı tərəfindən anıldığını vurğulayaraq deyib: bu gün əbədiyyətədək milli matəm günü olacaq.
Azərbaycan Respublikasında istiqlalçı hərəkatların gücləndiyi və sabiq sovet ittifaqının Qarabağ siyasətinə xalq etirazlarının genişləndiyi bir vaxtda 1990-cı il yanvarın 20-də SSRİ-nin qızıl ordusu qoşunları Bakıya yeridildi və nəticədə 132 nəfər öldürüldü, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü və 400 nəfər həbs edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button