İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədovla görüşərək, onu İslami Parlamentlərarası Birliyin parlament sədrlərinin Tehranda keçiriləcək fövqəladə iclasında iştiraka dəvət edib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov bu görüşdə İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin müraciətini rəğbətlə qarşılayıb, iki ölkə arasındakı əlaqələrin genişlənməsini yüksək dəyərləndirərək, ikitərəfli razılaşmaların izlənilməsi və həyata keçirilməsi, eləcə də qarşılıqlı əlaqələrin daha da genişlənməsini vurğulayıbdır.
İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin İslami Parlamentlərarası Birliyinin parlament sədrlərinin Fələstin və Qüds şəhəri ilə bağlı məsələlərin araşdırılması məqsədli iclası 2018-ci ilin yanvarında Tehranda keçiriləcək.
ABŞ prezidenti Donald Tramp dekabrın altısında geniş beynəlxalq müxalifətlərə rəğmən, Beytulmuqəddəsi saxta sionist rejimin paytaxtı elan etdi.
Dünyanın 128 ölkəsi Trampın bu hərəkətinə reaksiyada dekabrın 21-də Qüds barədə qətnamə layihəsini BMT-nin Baş Assambleyasında qəbul etdi. Bu qətnaməyə əsasən, BMT Qüdsü sionist rejimin paytatxtı kimi tanımayacaqdır.