İranın Bakıdakı səfirliyi azərbaycanlı deputatın həqiqəti əks etdirməyən açıqlamasına münasibət bildirib

İran İslam Respublikasının səfirliyi Azərbaycan Respublikası Milli Məclisinin deputatının həqiqəti əks etdirməyən açıqlamasına münasibət bildirib, onun sözlərini qeyri-konstruktiv adlandıraraq islah olmasını istəyib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Tehranın Bakıdakı səfirliyi şənbə günü Azərbaycan MM-nin deputatının sözlərinə münasibət bildirib.
İran səfirliyinin mətbuat bölməsinin bəyanatında Azərbaycanın MM-nin deputatı Asim Mollazadənin “Jerusalem Post” sionist qəzetinə müsahibəsini dərc etmiş xəbər saytının rəhbərliyinə müraciət olunaraq deyilir: “Onun qəsdən adam öldürmə ittihamı ilə həbs edilmiş və xüsusi şikayətçinin şikayəti əsasında qisasa məhkum olunmuş Nəfid Əfkari barədə dedikləri qeyri-konstruktiv və İranın daxili işlərinə müdaxilədir.”
Səfirlik bu açıqlamanın islah olunmasını tələb edib.