ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Ruhani Hacı Ələddin İbişov həbs edildi

8 aprel tarixində Bakının Binə kəndində xeyli dindar saxlanılıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, onlardan biri də Binə kənd sakini ruhani Hacı Ələddin Xəzahir oğlu İbişov olub. Hacı Ələddin 8 aprel günorta saatlarında evindən aparılıb.
Aparılma səbəbi, aparanların kimliyi və ruhaninin hazırda harda saxlanması haqqında ailəsinə heç bir məlumat verilməyib.
Qeyd edək ki, ruhani Hacı Ələddin İbişov dini təhsilini İranda alıb, Qum tələbəsidir.