ArxivXəbər lentiXəbərlər
İranın dəmir yolu rəisi dəhşətli qəza səbəbindən istefa verdi

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi istefa verib. M.Purseyidağayi baş vermiş dəmir yolu qəzasına görə istefa M.Purseyidağayi İran Televiziyasının 1-ci kanalında yayımlanan 21:00 xəbər buraxılışında Semnan şəhərinin Həftxan dayanacağında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olmuş 44 nəfərə görə İran xalqından üzr istəyib və tutduğu vəzifədən istefa verib.
“İstefa ərizəmi yol və şəhərsalma naziri Abbas Axundiyə təqdim etmişəm və o istefamı qəbul edib”, – deyə M.Purseyidağayi bildirib.