AktualAktualArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər
İranın dünya üzrə elmi reytinqi yüksəlib

İranın elmi reytinqi bir pillə də yüksələrək dünya üzrə 15-ci yerdə dayanıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, “Scopus” İstinad Bazası yeni verilmiş məqalələr üzrə dünya ölkələrinin elmi reytinqini yenidən araşdırmışdır.
2019-cu il üçün meyar seçilmiş yeni reytinqə əsasən, İran ötən illə müqayisədə bir pillə də yüksələrək dünya ölkələri arasında 15-ci yerdə dayanıb.
Bu reytinq İran üçün ilkdir və bu yerə yüksəlmək üçün ötən il 67 min 744 məqalə nəşr etmişdir. Bu ilki reytinq 2018-ci illə müqayisədə 13 faiz irəliləyiş deməkdir.
Bu reytinqdə Çin Amerikanı qabaqlayaraq 1-ci yerə qalxıb.
Çin ötən il 684 min 978 məqalə nəşr etmişdi.