Millət vəkilindən millətə xəyanət

Məlum olduğu kimi Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda çıxış edib. Çıxışı zamanı o ölkəsinin 98 faizi müsəlman olan xalqın inancına toxunaraq onları təhqir edib.
O deyib: “Təhsil müəssisələrində hicabın qadağan olunmasına qarşı Təhsil Nazirliyinin qarşısında aksiya keçirənlər xüsusi təlim keçmişlərdir və onların ailə üzvləri öz başlarını bağlamırlar. Azərbaycanda qadın ABŞ-dan öncə səs hüququ qazanıb. Azərbaycan qadınının XXI əsrdə hicaba qayıtması böyük səhvdir. Lakin keçirilmiş tədbirlər öz nəticəsini verib. Görürsünüz, bu zalda bir nəfər hicablı yoxdur. Bu, bizim uğurumuzdur. Bu, media vasitəsilə görülmüş işlərin nəticəsidir.”
Həqiqətən də düşüncə sahibi olan hər kəs deputatın bu fikirləri ilə tanış olsa dərhal onun İslam düşmənləri olan sionist yəhudilərin nökəri olduğu qənaətinə gələr. Çünki İslam dininin bir başa əmri olan və həmçinin xalqımızın milli mentalitetinin tərkib hissəsi olan baş örtüyünə qarşı təhqir ilə yanaşmaq yalnız İslam düşmənlərinin xarakterik cəhətidir.
Adını millət vəkili qoyan bu şəxs, daha doğrusu bu vəzifəni külli miqdarda pul müqabilində satın alan Bəxtiyar Sadıqov millətin problemləri, çətinlikləri ilə maraqlanaraq onu həll etmək, çıxış yolu tapmaq əvəzinə millətin inanclarına toxunaraq xalqı bir növ təhqir edir. Öz konistitusiyon haqqını tələb edən şəxslərə “xüsusi təlim keçmiş” adı vermək birbaşa xalqın hüquqlarını tapdalamaqdır. İnsanların hüquqlarını məhdudlaşdırmaqla qurtarmayan bu “millət” vəkili sözünün davamında şər və böhtana keçir.
Bəxtiyar Sadıqovdan soruşardım ki, görəsən millət vəkili kimi heç hicaba azadlıq aksiyasında iştirak edən bir vətəndaş ilə görüşərək onun dərdini dinləyibmi!? Əlbəttə ki, yox. Deməli onun bu çıxışı şər və böhtandan ibarət olaraq qərəzli mövqe daşıyır.
Deputat çıxışı zamanı “keçirilmiş tədbirlər öz nəticəsini verib” sözləri ilə həqiqətdə xalqın inancına qarşı, İslam dininə qarşı ölkəmizdə yürüdlən xüsusi bir siyasət və planın olduğunu etiraf edib.
Sözünün davamında isə bu planın əsasən media vasitəsi ilə həyata keçirildiyinə toxunub. Həqiqtən də deputatın bu sözləri bir daha Azərbaycan hakimiyyətinin xalqına və milli mənəvi dəyərlərinə nə dərəcədə düşmən kəsildiyini göz önünə qoydu.
Deputat daha sonra Azərbaycanda qadının ABŞ-dan öncə səs hüququ qazanmasını önə çəkmiş və XXI əsrin qadınının hicaba qayıtmasını böyük səhv adlandırmışdır. Deputatdan sual olunur ki, bəs görəsən qadının öz inancını azad şəkildə yaşayaraq baş örtüyü taxmasına qadağa qoymaq qadının hüququnun pozulması deyilmi? Nə olsun ki, ABŞ-dan öncə səs hüququ qazanıb, ölkə qadınlarımızın halhazırkı vəziyyətinə diqqət edək.
Apardığınız təbliğat nəticəsində qadınlar əxalqsızlığa doğru sürüklənirlər. Hər ilə boşanan qadınların sayı xeyli artır. Hər ilə xəyanət üzündən qətlə yetirilən qadınların sayı artır. Görün hər gün nə qədər qadın xarici ölkələrə əxlaqsızlıq ilə pul qazanmaq ardınca gedir. Budurmu sizin qadına verdiyiniz dəyər?
Bilin ki, qadına həqiqi dəyəri, həqiqi azadlığı məhz İslam dini verib. Hicab qadın üçün gerilik yox, həqiqətdə müasirlik, namus, həya və ismətdir. Bugün qadın yalnız İslamı dəyərlərə əməl etməklə sözün əsil mənasında azad olar. Hicabın məqsədi, hədəfi də qadının kölə şəklinə salınaraq ondan pul qazanmaq vasitəsi kimi istifadə olunmasının qarşısını almaqdır. Bir sözlə hicab qadının zinətidir./islamtimes/