AktualAktualXəbər lentiXəbərlər
İranın Ermənistana 2 milyard dollar yardım etməsi barədə məlumat yalandır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatı təkzib edib.
M. Əfğam keçirdiyi həftəlik brifinqdə bildirib ki, bu məlumat yalandır və həqiqəti əks etdirmir. Nazirliyin rəsmisi jurnalistlərə tövsiyə edib ki, dəqiqləşdirilməmiş məlumatı yaymasınlar.
Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.
AzərTAc