ArxivXəbər lentiXəbərlər

İranın Ermənistana tövsiyəsi

İran prezidenti və yüksək səviyyəli rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təmkinli olmağı tövsiyə ediblər.

İran prezidenti Həsən Ruhani bazar günü Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanla Tehranda görüşdə xatırladıb: İran İslam Respublikası həmişə regionda stabillik, təhlükəsizlik və dincliyin bərqərar olunmasını və regional münaqişələrin dinc şəkildə həll edilməsini istəmişdir və bu yolda region ölkələrinə heç bir səyini əsirgəməyəcək.

İran prezidenti bu görüşdə bildirib: Dağlıq Qarabağ məsələsi hərbi yollarla həll ediləsi deyildir. Bu məsələ müzakirə və dinc şəkildə həll olunmalıdır.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü ermənistanlı həmkarı Eduard Nalbəndyanla görüşündə deyib: Biz Qarabağda son böhranla əlaqədar tərəflərə təmkinli olmağı tövsiyə edir və regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində istənilən səyi göstərməyə hazırıq.

Ermənistan xarici işlər naziri Eduard Nalbəndyan da bu görüşdə bildirib: Biz tərəflərə dinc həll yolunun tövsiyə edilməsində İran İslam Respublikasının rolunu alqışlayır və İran İslam Respublikası region məsələlərində önəmli rola malik böyük bir ölkə kimi hazırkı hadisələrdən xəbərsiz qala bilməz. Ümidvarıq ki, Minsk qrupu ilə müzakirələr prosesində sülhün bərqərar olunması istiqamətində digər ölkələr, o cümlədən İran İslam Respublkasının rolundan faydalanaq.

İslam Şurası Məclisinin sədri Əli Laricani Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanla görüşdə deyib: Hazırkı şəraitdə regionda terrorizmin genişlənməsi nigaranedicidir. Və şərait bu məsələlərdə region ölkələrinin yekdil olmasını tələb edir.

Laricani Dağlıq Qarabağ münaqişəsinin həll yolunun diplomatik danışıqlar yolu olduğunu bəyan edərək bildirib: Bu sahədə diplomatik vasitələrdən istifadə olunmalıdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button