Məhərrəm ayı münasibəti ilə gənc iranlı bəstəkar Purta Xadim-in “Ələmdar” adlı simfoniyası Bakıda icra edilib.
Həzrət Əbülfəzl Abbas(ə) və Kərbəla şəhidləri barəsində olan bu simfoniya bazar günü, axşam Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən və Rauf Abdullayevin drijorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasında icra edilib.
Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin rəhbəri Rauf Abdullayev simfoniyanın icrasından sonra, bu əsəri yüksək qiymətləndirib və Azərbaycan Dövlət Simfonik Orkestrinin bu əsəri İranda da icra etməsini istəyib.
Purya Xadem də bu əsəri həzrət Əbülfəzl Abbasa(ə) həsr etdiyini deyərək, bu əsərin Azərbaycanda icra edilməsi barədə deyib: Bu əsəri, İrandan kənarda, Aşura mədəniyyəti ilə tanış olan ölkələrdə icra etmək istəyirdim.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də İran və Azərbaycan incəsənət adamları arasında belə əməkdaşlıqların edilməsini son dərəcə qürurverici və mədəniyyət sahəsindəki əməkdaşlıqlara nümunə adlandırıb.
Möhsün Pakayin əlavə edib: Bu əsərin Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən İranda icra edilməsi üzrə hazırlıq işləri həyata keçirilir.