İranın İrəvandakı səfirliyi Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünün şərt olmadığını bəyan edib

İranın Ermənistandakı səfirliyi İslam respublikasının Azərbaycandakı səfiri Mohsen Pak-Ayinin adından verilən sözləri şərh edib.
SalamNews xəbər verir ki, bu barədə İranın İrəvandakı səfirliyinin rəsmi saytında bəyanat yerləşdirilib.
Bəyanatda deyilir: “İranın Azərbaycandakı səfirinin adından verilən bəyanata dair məlumatla əlaqədar bildiririk ki, İslam respublikasının Azərbaycandakı səfiri mövzu ilə bağlı hər hansı bəyanat verməyib və səfir son müsahibəsində İslam respublikasının Qarabağ münaqişəsinə dair dəyişməz mövqeyini vurğulayıb.
Səfirlik bir daha bəyan edir ki, İranın rəsmi mövqeyi aşağıdakından ibarətdir: münaqişənin beynəlxalq normalar əsasında sülh yolu ilə həlli.”
Bundan əvvəl Azərbaycan mətbuatı İranın Bakıdakı səfiri Mohsen Pak-Ayinin “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruri olduğunu” söylədiyi barədə məlumat yayıb.
İranın İrəvandakı diplomatik nümayəndəliyi Mohsen Pak-Ayinin İran tərəfinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına ümid etməsi barədə bəyanatını qəti şəkildə təkzib edib.
Bu, rəsmi Tehranın mövzu ilə bağlı mövqeyini sual altında qoyduğu üçünSalamNews İnformasiya Agentliyi İran Xarici İşlər Nazirliyi və İslam respublikasının ölkəmizdəki səfirliyinə məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlayıb.