ArxivXəbər lentiXəbərlər
İranın Mahan Air Şirkəti Tehran-Bakı uçuşunun icazəsini aldı

Azərbaycan Respublikasının Hava Yolları Dövlət Konserni İran İslam Respublikasının Mahan Air Şirkətinin sərnişin təyyarələrinin Tehran-Bakı və əks istiqamətdə uçuşuna icazə verib.
İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Hava Yolları Şirkəti AZAL-ın mətbuat xidməti şənbə günü bu xəbəri təsdiqləyərək bildirib: Mahan Air Şirkəti təyyarələrinin Tehran-Bakı istiqamətində uçuşları 31 oktyabrdan başlanacaq.
Məlumata görə, Mahan Air şirkətinin sərnişin təyyarələri həftədə üç gün, bazar, çərşənbə axşamı və çərşənbə günləri Tehran-Bakı və əks istiqamətində uçuşlar keçirəcək.
Hal-hazırda Azərbaycanın AZAL Şirkəti və İranın Ata Air şirkəti bu istiqamətlərdə uçuşlar həyata keçirirlər.