İranın sərnişin təyyarəsinin ABŞ tərəfindən raketlə vurularaq 290 nəfəri şəhid edilməsindən 30 il ötür – Video

“Truth NGO” xəbər verir ki, 3 iyul ABŞ-ın hərbi gəmisi Vinsens gəmisinin İranın Airbus sərnişin təyyarəsinə raket hücumundan 30 il ötür. Bu hadisə 1988-ci ildə Bəndər Abbasdan Dubay istiqamətində uçan təyyarənin vurulması ilə baş verib.
Vinsens hərbi gəmisinin atəş açması nəticəsində İranın sərnişin təyyarəsinin bütün 290 sərnişini şəhid oldu.
Bu təyyarə vurulduqdan sonra, ABŞ rəsmiləri bağışlanmaz cinayəti əsaslandırmaq üçün ziddiyyətli faktlar göstərdilər və bu düşmənçi hərəkətin yanlışlıq olduğunu göstərməyə çalışdılar. Lakin Vinsens hərbi gəmisinin modern radar sistemləri ilə təchiz olunduğu, həmçinin uçmaqda olan təyyarənin növünün müəyyən olduğuna görə, yanlışlıq ehtimalının mövcud olmadığı və hərəkətin tam düşmənçilik olduğu qətiləşdi. Eyni zamanda bir müddət sonra ABŞ ordusu Vinsens gəmisinin kapitanını şücaət ordeni ilə təltif olundu.
Bu gün bu təyyarənin 290 şəhidinin xatirəsinə Fars körfəzinə güllər buraxılır. Bu hücumun qurbanlarının ailələri və məsul şəxslər Fars körfəzi sularına gül çələngləri buraxaraq bəşəriyyətə qarşı bu cinayətin qurbanlarının yad edirlər.