İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkənin daxili işlər naziri Əhməd Vəhidi ilə Azərbaycan səfirliyinə hücumu müzakirə ediblər.
məlumata görə İranın iki naziri Azərbaycan səfiriliyinə hücum edən şəxsin cinayəti törətməkdə məqsədləri barədə danışıblar.
Bu danışığın detalları açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər həyata keçirilən hücumda Azərbaycan səfirliyinin mühafizə xidmətinin sədri həlak olub və daha ikisi yaralanıb. Hücum edən şəxs tutulub və istintaq davam edir.