İranla Azərbaycan arasında ticarət dövriyyəsi kəskin artıb

“Bu ilin ilk yarısında İranla Azərbaycan arasında idxal-ixrac əməliyyatlarının həcmi 70% artıb”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib.
M.İ.Nağızadənin sözlərinə görə, ilin sonuna qədər bu rəqəmin daha da artacağı gözlənilir:
“Bakıda İran şirkətlərinin sərgisi keçiriləcək. Sərgi sahəsi 2 000 kv. metrlik ərazini əhatə edəcək və 50-dən çox şirkət burada öz potensialını nümayiş etdirəcək”.
“Həmçinin, İran-Azərbaycan biznes-forumu keçiriləcək. Forumda 150-dən artıq iş adamının iştirak etməsi gözlənilir. Bu məqsədlə “Azpromo” ilə əməkdaşlıq edirik. Azərbaycan tərəfindən biznes-forumda 300 şirkət iştirak etməyə razılıq verib”, – deyə ticarət attaşesi bildirib.