ArxivXəbər lentiXəbərlər

İranla Gürcüstan arasında müqavilə

İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb.

qafqaz.ir/APA-ya istinadən xəbər verir ki, imzalanmış müqavilə 4 ay müddətinə qüvvədə olacaq  və ümumilikdə İrandan Gürcüstana 40 milyon kubmetr qaz ixrac olunacaq.

Ötən həftə İran və Ermənistan arasında bu ölkədən İran qazının tranzitinə dair razılıq əldə olunandan sonra İran Gürcüstanla sınaq müddəti üçün qısa müddətli müqavilə imzalayıb. Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. Müqavilənin vaxtının uzadılması və böyük həcmdə qazın Gürcüstana nəqli məsələsi Ermənistandan lazımı icazələr alınandan sonra mümkün olacaq.

GIEC  şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb, baş ofisi Tbilisidə yerləşir. Şirkət sənaye müəssisələrinə qaz tədarükü və enerji daşıyıcılığı və istehsalı sahəsində fəaliyyət göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button